SOCAR müəssisələri ilə SDU arasında Anlaşma memorandumları imzalanıb

18 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Sumqayıt Dövlət Universitetinin (SDU) rəhbər heyətinin iştirakı ilə SDU-da tədbir keçirilib.

İlk öncə tədbir iştrakçıları Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Universitetin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə 2023-cü ilin ölkəmizdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğu qeyd edilib, bununla əlaqədar olaraq SOCAR tərəfindən həyata keçirilən müxtəlif tədbirlər haqqında danışılıb.

Bu xüsusda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və SOCAR-ın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda il ərzində keçirilməsi planlaşdırılan mühazirələr haqqında məlumat verilib, növbəti mühazirələrdən birinin SDU-da keçirilməsinə dair razılıq əldə olunub.

Görüş çərçivəsində SOCAR tərəfindən həyata keçirilən müxtəlif təhsil proqramlarının əhəmiyyətindən bəhs edilib, yüksək bilik və bacarıqları ilə seçilən perspektivli gənclərin SOCAR-da işlə təmin olunduğu bildirilib.

Görüşdə, həmçinin təlim, tədris, istehsalat təcrübəsi və elmi-tədqiqat sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda SDU və Bakı Ali Neft Məktəbi, həmçinin SDU və “SOCAR Downstream Management” MMC arasında Anlaşma memorandumları imzalanıb. Anlaşma memorandumlarının “Heydər Əliyev İli” çərçivəsində imzalanmasının əhəmiyyəti xüsusi olaraq vurğulanıb və ölkəmizdə rəqabətli insan kapitalının, habelə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə dəyərli töhfə verəcəyi qeyd olunub.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı