Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR və BP Xəzərdə yeni seysmik əməkdaşlığa başlayır - BBN

SOCAR və BP Xəzərdə yeni seysmik əməkdaşlığa başlayır

SOCAR ilə BP arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb.

Sazişə əsasən, tərəflər müxtəlif dövrlərdə toplanmış mövcud seysmik məlumatların uyğunlaşdırılması və birləşdirilməsi yolu ilə regional psevdo-3D seysmik həcm yaradacaqlar. Layihədə innovativ texnologiyalar tətbiq olunacaq və bu, Xəzər dənizinin Azərbaycan sektorunda bu növdə həyata keçirilən ilk təşəbbüs olacaq.

Yaradılacaq psevdo-3D seysmik model:

  • Ayrı-ayrı 2D seysmik xətlərdən asılılığı azaldacaq,

  • Regional geoloji interpretasiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq,

  • Hövzə miqyasında 3D xəritələşdirməyə imkan verəcək,

  • Kəşfiyyat risklərinin azaldılmasına və perspektivlərin daha dəqiq qiymətləndirilməsinə şərait yaradacaq.

Əməkdaşlıq çərçivəsində:

  • SOCAR bp-yə 2D seysmik xətlər, quyu məlumatları və geoloji nümunələr təqdim edəcək;

  • BP isə seysmik məlumatların emalını və nümunələrin laborator analizini həyata keçirəcək;

  • Psevdo-3D məlumatlar qabaqcıl texniki imkanlara malik podratçı tərəfindən təmin ediləcək.

Layihə Xəzər hövzəsində gələcək kəşfiyyat proqramlarının daha effektiv planlaşdırılmasına və resurs potensialının dəqiqləşdirilməsinə xidmət edəcək.

Related posts

SOCAR və Samsung E&A Co., Ltd. arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın Gürcüstana qeyri-neft ixracı 5 mln. dollardan çox artıb

Naxçıvanda ümumi gücü 50 MVt olan günəş elektrik stansiyaları layihələri üzrə müqavilələr imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı