Somalinin naziri “ASAN xidmət”lə tanış olub

25 iyul 2024-cü il tarixində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”, eləcə də digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

Görüş zamanı qonaqlara bildirilib ki, hazırda “ASAN xidmət” modelinin tətbiqi istiqamətində bir sıra Afrika ölkələri ilə uğurlu əməkdaşlıq həyata keçirilir.

Nazir “ASAN xidmət” təcrübəsininin onda yüksək təəssürat yaratdığını və öz ölkəsində tətbiqi ilə bağlı marağını ifadə edib.

Bundan əlavə, nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı” mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə tanış olub.

Related posts

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Ukraynanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı