Son 6 ayda əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 324 min e-arayış verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir.

Bu ilin yanvar-iyun aylarında həmin xidmətlər vasitəsilə vətəndaşlara 324 min e-arayış verilib. E-arayışlar iş yerinə, əlilliyə, müavinət, pensiya, təqaüdlə, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. barədə olub.

Ötən il Nazirlik  tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. 2020-ci ildə daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.  

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı