Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sosial media mövzusunda təlim keçirilib - BBN

Sosial media mövzusunda təlim keçirilib

Energetika Nazirliyində əməkdaşların kommunikasiya sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Bakı Biznes Universitetinin akademik heyətinin iştirakı ilə “Sosial media və marketinq” mövzusunda təlim keçirilib.

Universitetin əməkdaşları tərəfindən sosial medianın təşkili və gündəlik həyatımızda rolu, sosial media alətlərinin qurumların kommunikasiya fəaliyyətində istifadəsi, kontent növləri və yaradılması strategiyası, sosial media kanallarının düzgün idarə edilməsi, facebook reklam menecerində büdcənin müəyyənləşdirilməsinin əhəmiyyəti, rəqəmsal platformalarda hədəf kütlənin dəqiq seçilməsinin üstünlükləri haqqında iştirakçılara ətraflı məlumat verilib, aidiyyəti suallar cavablandırılıb, əməkdaşlar arasında komanda tapşırıqları icra edilib.

Təlimdə Energetika Nazirliyi və nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 31 əməkdaşı iştirak edib.  

Related posts

ING Group: Neft bahalaşarsa, Azərbaycanda profisitlər güclənə bilər

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı