Sosial sahə üzrə rəqəmsal savadlılıq kampaniyasına başlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) bu həftədən bölgələrdə əhalinin sosial sahə üzrə elektron xidmətlər, onlardan istifadə prosedurlarına dair savadlılığının artırılması istiqamətində təşviqat kampaniyasına başlayacaq. 

Tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

DOST RİM-in mütəxəssisləri ardıcıl olaraq hər bir bölgədə yerli sakinlərlə görüşlər keçirəcək. Görüşlərdə onlar sosial sahə üzrə elektron xidmətlər, rəqəmsal bacarıqlar barədə maarifləndirici söhbətlər aparacaq, iştirakçılara praktik məlumatlar verəcək, suallarını cavablandıracaqlar.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun regional filiallarında keçiriləcək bu görüşlərin hər biri ilə bağlı onların yeri və vaxtı barədə  əvvəlcədən məlumat veriləcək.  

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə əhaliyə 153 xidmət göstərilir. Son beş ildə icra olunan geniş elektronlaşdırma proqramı nəticəsində həmin xidmətlərin artıq 140-dan və ya 90 faizdən çoxu rəqəmsal platforma üzərindən təqdim edilir. Bu da xidmətlərin müasir, şəffaf və operativ şəkildə göstərilməsini və əlçatanlığının artmasını  təmin edib.

Related posts

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı