“Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması” mövzusunda elmi-praktiki konfrans keçiriləcək

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi, DOST Agentliyinin 5 illiyinə həsr olunmuş “Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Konfrans dekabrın 15-də Bakı Dövlət Universitetində baş tutacaq. Konfrans materialları jurnal formasında Bakı Dövlət Universiteti və DOST Agentliyinin rəsmi saytlarında yerləşdiriləcək (2023), eləcə də çap formatında nəşr olunacaq (2024).

Konfransda iştirak etmək istəyən şəxslər məqalələrini 5 dekabr 2023-cü il tarixinə qədər conference_2023@sosial.gov.az elektron poçt ünvanına göndərə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakı şəhəri, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanına birbaşa təqdim edə bilərlər.

Konfransda iştirak, məqalə və tezislərin təqdim edilmə qaydaları və digər əlavə məlumatları bu keçid vasitəsi ilə əldə etmək mümkündür.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı