Sosial sahibkarlığa dair təlim keçirilib

Təlim iştirakçıları sosial sahibkarlığa dəstək tədbirləri, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı, kiçik biznesin qurulması üçün imkanlar haqqında məlumatlandırılıb.

22-23 noyabr tarixlərində Masallı Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzində Lənkəran KOB İnkişaf Mərkəzi tərəfindən “Sosial sahibkarlığın əhatə sahələri və inkişaf perspektivləri” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sosial sahibkarlıq və məşğulluq mərkəzləri Proqramı” layihəsinin məzunu olan sosial baxımdan həssas əhali qrupuna aid sahibkarlar iştirak ediblər. Ümumilikdə təlimdə şəhid ailələrinin üzvləri və əlilliyi olan 16 nəfər iştirak edib.

Təlimdə sosial sahibkarlığa hüquqi və institusional dəstək mexanizmləri, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı, kiçik biznesin qurulması üçün imkanlar və dəstək alətləri barədə məlumat verilib. Eyni zamanda KOBİA tərəfindən əlilliyi olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi və həssas əhali qrupuna aid edilən sahibkarların məhsul və xidmətlərinin satışına müxtəlif sərgilər çərçivəsində göstərilən dəstək barədə məlumat verilib.

Related posts

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu – Foto

Ankara OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin üzvləri ilə görüş keçirilib

İİTKM-in şöbə müdiri Çində seminarda iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı