Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sosial Sahibkarlıq Forumunda KOBİA da iştirak edib - BBN

Sosial Sahibkarlıq Forumunda KOBİA da iştirak edib

Sosial Sahibkarlıq Forumunda ölkəmizdə sosial sahibkarlığın inkişafı, bu sahənin təşviqinə KOBİA-nın dəstəyi barədə də məlumat verilib.

Müvafiq dövlət qurumlarının və sahibkarların iştirakı ilə Bakı Biznes Mərkəzində Sosial Sahibkarlıq Forumu keçirilib.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin sosial sahibkarlığın təşviqi istiqamətində fəaliyyəti, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, müasir dövrdə uğurlu və davamlı iqtisadi inkişafa təsir göstərən amillərdən biri də sosial sahibkarlığa dəstəkdir. Sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artması fonunda sosial sahibkarlıq da inkişaf edir. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da sosial sahibkarlıqla bağlı məsələlər nəzərdə tutulur. KOBİA da sosial sahibkarlığın təşviqi istiqamətində yerli və beynəlxalq təşkilatlar, ictimai birliklərlə əməkdaşlıq edir, müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirir.

Qeyd edək ki, forum “Education HUB” və “Dəstəkçi” platformasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbirləri çərçivəsində təşkil olunub. Bu tədbirlər çərçivəsində həmçinin, oktyabrın 11-də KOBİA-nın dəstəyi ilə “Bakı KOB evi”ndə sosial sahibkarların korporativ satınalmalar sərgisi keçirilib.

Related posts

ABA DOST Agentliyinin təşkil etdiyi inklüziv məşğulluğa həsr olunmuş dəyirmi masada iştirak edib

ABA və “Visa Inc.”in birgə təşkilatçılığı ilə komanda quruculuğu tədbiri təşkil edilib

Azərbaycan-Tacikistan biznes forumu keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı