Sosial sığorta haqları üzrə daxilolmalar 10,2 faiz artıb

Muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 2024-cü ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,3 milyard manata çatıb. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz və ya 305,2 milyon manata yaxın artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 13,1 faiz artaraq 2,1 milyard manatdan çox olub.

BBN.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 118,2 milyon manata yaxın təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,2 faiz artıb və 88,2 milyon manatdan çox olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-iyul aylarına nisbətən 8 faiz artaraq 578,9 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,2 faiz artıb və 406,5 milyon manatdan çox olub.

Related posts

Azərbaycan nefti ucuzlaşıb

“Brent” neftinin qiyməti 80 dollara yaxınlaşır

Əmək müqavilələrinin sayı artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı