Sosial sığorta haqları üzrə daxilolmalar 9,4 faiz artıb

2024-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manata yaxın olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz və ya 237,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 1,8 milyard manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 12,6 faiz artaraq 100 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 faiz artaraq 74,6 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 7,7 faiz artaraq 486,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,3 faiz artaraq 340,6 milyon manatdan çox olub.

Related posts

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Xalq Bank 2024-cü ilin II rübünün yekunlarını açıqladı

VTB (Azərbaycan) 2024-cü ilin ilk yarısını mənfəətlə başa vurub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı