Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"S&P Global Ratings": Geosiyasi risklərin azalması Azərbaycanın kredit əsaslarını yaxşılaşdıra bilər - BBN

“S&P Global Ratings”: Geosiyasi risklərin azalması Azərbaycanın kredit əsaslarını yaxşılaşdıra bilər

Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Azərbaycanın kredit əsaslarının orta müddətdə yaxşılaşacağını proqnozlaşdırır.

Agentliyin açıqlamasında bildirilir ki, Azərbaycan güclü fiskal və xarici buferlərə malikdir. Bu, Dövlət Neft Fondu (SOFAZ) tərəfindən idarə olunan iri həcmli aktivlərlə dəstəklənir. Davamlı müsbət dövlət xalis aktiv mövqeyi və aşağı dövlət borcu ölkənin iqtisadiyyatının şoklara davamlılığını artırır, karbohidrogen qiymətlərindəki dəyişkənliyin təsirini yumşaldaraq makroiqtisadi sabitliyi qoruyur.

“S&P” qeyd edir ki, geosiyasi risklərin azalması və fiskal buferlərin qorunması şəraitində Azərbaycanın kredit reytinqlərinin perspektivi yaxşılaşa bilər: “Rəsmi sülh müqaviləsi hələ yekunlaşmasa da, son öhdəliklər və ilkin icra addımları ikitərəfli münasibətlərdə ən konstruktiv mərhələnin başlanğıcını göstərir. Bu proses investisiya mühitini yaxşılaşdıracaq və iqtisadi artım potensialını artıracaq”.

Related posts

AMB fişinq hallarına qarşı “özünəqadağa” sistemini tətbiq edəcək

“Böhran və Yüksəliş Dövründə Bankın Biznes Krediti üzrə Satış Strategiyası” mövzusunda təlim keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı