Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
S&P Global Ratings PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi - BBN

S&P Global Ratings PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi

S&P Global Ratings beynəlxalq reytinq agentliyi PAŞA Bank-ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB-/B” səviyyəsində təsdiqləyib və reytinq proqnozunu “müsbət”ə yüksəldib.

Bankın Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, bu addım PAŞA Bank-ın maliyyə dayanıqlığının və strateji inkişaf xəttinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. O vurğulayıb: “S&P Global Ratings tərəfindən proqnozumuzun ‘müsbət’ə yüksəldilməsi bankın möhkəm maliyyə göstəricilərinin, ehtiyatlı risk idarəçiliyinin və fəaliyyət göstərdiyimiz mühitin dayanıqlığının təsdiqidir. Biz strateji prioritetlərimiz çərçivəsində davamlı artımın, güclü kapitallaşmanın və yüksək korporativ idarəetmə standartlarının qorunmasına sadiqik.”

M. Süleymanov əlavə edib ki, bank bundan sonra da uzunmüddətli dəyər yaradılması, maliyyə dayanıqlığının möhkəmləndirilməsi və səhmdarlar üçün etibarlı tərəfdaş mövqeyinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək.

PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir. Əsas fəaliyyəti qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektorun maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. Bank Azərbaycanla yanaşı GürcüstanTürkiyə-də də fəaliyyət göstərir.

PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada – “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” – adına layiq görülüb.

Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Euromoney, International Investor MagazineGlobal Finance kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və “World’s Best Private Banks 2025” titullarına layiq görülüb.

Eyni zamanda, bank 2025-ci ildə Stevie Awards tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Related posts

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

Kapital Bank-ın sədrinə müavin təyin olundu

Azərbaycanda kirayə qiymətləri 7,8 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı