Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“S&P” İsrailin kredit reytinqini aşağı salıb - BBN

“S&P” İsrailin kredit reytinqini aşağı salıb

Beynəlxalq reytinq agentliyi “S&P” İsrailin xarici və yerli valyutada uzunmüddətli suveren kredit reytinqini mənfi proqnozla “A+”dan “A”-a endirib.

BBN.az xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.

“Biz İsrail və Hizbullah arasında qarşıdurmaların son zamanlar şiddətlənməsini nəzərə alaraq, daha da uzanacağı və kəskinləşəcəyi ehtimalının artdığını görürük. Artıq hərbi fəaliyyətin 2025-ci ilə qədər davam edə biləcəyinə inanırıq”, – deyə  bildirilib.

Agentlik İsrail iqtisadiyyatı ilə bağlı proqnozlarını aşağı salıb: 2024-cü ildə sıfır artım, 2025-ci ildə isə 2,2% artım gözlənilir (əvvəllər artım müvafiq olaraq 0,5% və 5% gözlənilirdi).
Gələn ilin ikinci yarısında vəziyyətin sabitləşməsi şərti ilə, iqtisadi canlanma 2026-cı ildə başlaya bilər.

“S&P” həmçinin müdafiə xərcləri artmağa davam etdikcə İsrailin büdcə kəsirinin həm qısa, həm də orta müddətli dövrdə artacağını proqnozlaşdırır.

Münaqişə kəskinləşərsə, agentlik növbəti 24 ay ərzində ölkənin reytinqini yenidən aşağı sala bilər.

Related posts

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

ABŞ istehlakı zəifləyir – Qlobal bazarlarda rallinin sürəti azaldı, yen güclənir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı