Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"S&P": TRIPP regionda əlaqələri gücləndirəcək, ticarət və investisiyaları dəstəkləyəcək - BBN

“S&P”: TRIPP regionda əlaqələri gücləndirəcək, ticarət və investisiyaları dəstəkləyəcək

TRIPP (“Trump Route for International Peace and Prosperity”) təşəbbüsü ortamüddətli perspektivdə regional əlaqələrin güclənməsinə, ticarət və investisiyaların artmasına şərait yarada bilər.

BBN.az xəbər verir ki, bu barədə “S&P Global Ratings”in Ermənistanla bağlı qiymətləndirməsində bildirilib.

Agentliyin analitiklərinin fikrincə, TRIPP üzrə çərçivə sazişi layihənin idarə edilməsi və suverenliklə bağlı əsas prinsipləri müəyyənləşdirir. Bununla belə, təşəbbüsün icrası hələ ilkin mərhələdədir və layihənin əhatə dairəsi, maliyyələşdirmə mexanizmləri və konsessiyaların konkret şərtləri razılaşdırılmalıdır.

“S&P Global Ratings” hesab edir ki, Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri Azərbaycanla münasibətlərin normallaşmasına yeni təkan verə və sülh sazişinin imzalanması və icrası istiqamətində irəliləyişə şərait yarada bilər.

Agentlik qeyd edir ki, Azərbaycan və Ermənistan 2025-ci ildə sülh sazişinin mətnini paraflayıb. Lakin sazişin imzalanması və icrası hələ bir sıra şərtlərin yerinə yetirilməsindən asılıdır.

“S&P Global Ratings”in qiymətləndirməsinə görə, seçki dövrü başa çatdıqdan sonra sazişin rəsmiləşdirilməsi üzrə irəliləyiş perspektivləri yaxşılaşa bilər.

Agentlik həmçinin hesab edir ki, Bakı və İrəvan arasında münasibətlərin daha da normallaşması regional tranzit və ticarətin inkişafına təkan verə bilər.

Related posts

Stablecoin-lər beynəlxalq pul köçürmələrini həqiqətən ucuzlaşdırırmı?

Böyük Britaniyada fintech investisiyaları 10 ilin minimumuna düşüb, AI isə payını artırır

Rəsmi valyuta məzənnələri (24.08.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı