Spotify 1000-dən az yayımı olan mahnılar üçün pul qazanma funksiyasını dayandıracaq

Musiqi nəhəngi Spotify platformadan asan pul qazanmaq istəyənlərin qarşısını kəsməklə yanaşı, böyük məbləğdə pula qənaət edəcək.

Dünyanın ən böyük musiqi platformalarından biri olan Spotify, platformasına yeni xüsusiyyətlər əlavə etməklə tez-tez gündəmdə olur. Audiokitabları platformasına da gətirən platforma, təəssüf ki, bu yaxınlarda heç də xoş olmayan xəbərlər paylaşdı. Platforma yeni ödəniş planlarını təqdim edərək, abunə qiymətlərini də artıracağını bildirdi.

BBN.az xəbər verir ki, bu qiymət artımı qərarı hətta şirkətin ən güclü olduğu ABŞ-ı daxil olmaqla 5 bölgəni əhatə edəcək.Mövcud qərarlar kiçik sənətkarlar üçün kədərli olsada, Spotify-a böyük miqdarda pul qənaət edə bilər.

Aprel ayından etibarən qüvvəyə minən bu qərar platformaya təbiət səsləri yükləyərək asan qazanc əldə etmək istəyənlərə qarşı irəli sürülüb. Şirkət bildirib ki, on milyonlarla mahnı orta hesabla 1 ilə 1000 axın arasında olub və son bir il ərzində ayda 0,03 dollar gəlir əldə edib.

Spotify’dan verilən açıqlamaya əsasən12 ayda 1000 yayıma çatan mahnılar yenidən pul qazana biləcək.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı