Startap komandasından təqdirəlayiq addım

Ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İdeyadan Biznesə – I2B” startap müsabiqəsində respublika üzrə 3-cü yerə layiq görülmüş Azərbaycan Tibb Universitetinin “Palliativ+” startap komandası Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub.

Hər zaman insanların sağlamlığının qayğısına qalan “Palliativ+” üzvləri Azərbaycan ordusunun şərəfli tarix yazdığı bir vaxtda müsabiqədə qazandıqları məbləğin qalan hissəsini, yəni 800 manatını Fonda ianə ediblər.

Komanda – layihə rəhbəri, tələbə İsmayıl Nəzərli, həkim-rezident Məhərrəm Alimli, tələbələr – Etibar Abbasov, Qəmər Məmmədbəyli, Azad Kərimli və Ülkər Hüseynova öz təşəbbüsləri ilə bu addımı atıblar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı