Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Startap” şəhadətnaməsi daha çox mikro sahibkarlara və xidmət sahəsi üzrə layihələrə verilib - BBN

“Startap” şəhadətnaməsi daha çox mikro sahibkarlara və xidmət sahəsi üzrə layihələrə verilib

İndiyədək KOB-lara verilmiş 91 “Startap” şəhadətnaməsinin əksəriyyəti xidmət sahəsi üzrə layihələrə təqdim edilib.

2023-cü ilin yanvar-mart aylarında mikro və kiçik sahibkarlıq subyektlərinə 10, indiyədək isə 91 “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 83-ü mikro, 8-i kiçik sahibkarlıq subyektidir. 

Şəhadətnamələrin əksəriyyəti xidmət sahəsi üzrə layihələrə təqdim edilib ki, onların da 90%-ə qədəri proqram təminatı və mobil tətbiq vasitələridir. 

“Startap” şəhadətnaməsi almış KOB subyektlərindən 13-ü qadındır. 

Qeyd edək ki, “Startap” şəhadətnaməsini alan sahibkarlıq subyektləri şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı