Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“StartUp School”da Nevada Universitetinin professoru treninq keçib - BBN

“StartUp School”da Nevada Universitetinin professoru treninq keçib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “StartUp School”da həmin universitetin professoru Mət Vestfild (Matt Westfield) “Bazarlar və marketinq” mövzusunda treninq keçib.

Treninq əsasən az maliyyələşdirilən startaplara ən çox təkan verən marketinq üsullarına həsr olunub. Professor Mət Vestfild qeyd edib ki, bu istiqamətdə atılacaq ilk addım əsas və ikinci dərəcəli müştərilərin müəyyənləşdirilməsi ilə başlayır. Məruzəçi treninq ərzində startapçılar ilə birgə hər bir təsisçi üçün bazardan, müştəri seqmentindən və spesifikliyindən asılı olaraq, müxtəlif marketinq üsullarının araşdırmasını aparıb. Bu istiqamətdə həmçinin startapçılara xüsusi tapşırıqlar verilib.

Bu kursun əsas məqsədi tələbələrin bazarda nüfuz və son uğuru müəyyən edə bilən bazar seçimi, həmçinin seqmentləşdirmə anlayışlarını inkişaf etdirməkdir.

Qeyd edək ki, treninqlərin sonunda seçilən 9 layihə (komanda) “SABAH.Lab”ın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq. Xüsusi ekspertlər layihələr arasından ilk 3 yerin qalibini müəyyənləşdirəcək.

Related posts

Ələt Azad İqtisadi Zonasının investisiya imkanları Ukrayna nümayəndə heyətinə təqdim edilib

Fransa ilə ticarət dövriyyəsi artıb

Yanvar-aprel aylarında Çin ilə ticarət dövriyyəsinin həcmi 1,5 milyard dolları üstələyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı