“Startup School 2” iştirakçıları qabaqcıl şəkil emalı texnikalarını öyrəniblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırdığı “Startup School 2- AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi çərçivəsində keçirilən növbəti sessiya “Qabaqcıl Şəkil Emalı Texnikaları” (Advanced Image Processing Techniques) mövzusuna həsr olunub.

Oksford Universitetinin Baş proqram mühəndisi Tərlan Süleymanovun keçdiyi təlimdə “Kompüter Baxışı” (CV – Computer Vision) texnologiyası tədqiq edilib. Təlimçi 1970-ci illərdən bəri bu sistemin inkişaf yolundan danışıb, tətbiq olunduğu sahələri sadalayıb. Bildirib ki, “CV” məlumatların əldə edilməsindən emal və təhlilinə qədər bir çox mərhələdə istifadə olunur, inkişaf edən texnologiyaların tərkib hissəsi kimi aktuallığını artırır.

T.Süleymanov avtomatik öyrənmə üsullarını təqdim edib, müxtəlif texnikaların effektivliyini göstərən eksperimental nəticələr və performans göstəriciləri üzrə tələbələrlə müzakirələr aparıb.

Related posts

“Startap” şəhadətnaməsi kimlərə verilir? – Video

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı