“Startup School 2”nin rəsmi açılış mərasimi aprelin 5-də keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 – AI for Green Solidarity” layihəsinin açılış mərasimi 5 aprel 2024-cü il tarixində baş tutacaq. Onlayn formatda keçiriləcək tədbirdə layihənin bütün mentorları, partnyorları və rəsmi qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, qeydiyyat müddətində müxtəlif ölkələrdən müraciət etmiş 121 layihə arasından seçilmiş 28 layihə aprel və may aylarında “Startup School 2” təlimlərində iştirak edəcək.

“AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) devizi altında keçirilən budəfəki müsabiqə startapçılara geniş imkanlar təqdim edir:

  • ABŞ, Almaniya, İngiltərə, Türkiyə, Rusiya, Polşa, CAR və Azərbaycandan olan mentorlar tərəfindən təlim;
  • kursu bitirən bütün startapçılara beynəlxalq səviyyəli sertifikat;
  • I yerin qalibinə ABŞ-da I2B treninqdə iştirak imkanı;
  • I, II və III yerlərin qaliblərinə Dövlət Məşğulluq Agentliyi tərəfindən dəstək;
  • 5 layihəyə Türkiyədə OSTİM Texnologiya Mərkəzində praktiki təlimlərdə iştirak etmək imkanı;
  • 5 layihəyə Qarabağda keçiriləcək “AI for Karabakh” hakatonunda yarışmaq imkanı;
  • 10 layihəyə SABAH.HUB-ın inkubasiya proqramında iştirak imkanı;
  • 10 layihənin “Startap şəhadətnaməsi” üçün müraciətinə KOBİA tərəfindən sürətləndirilmiş dəstəyin göstərilməsi.

Related posts

III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda

Növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı