Statista: “Microsoft” işçilərinin sayı – 2005-2022

“Amerika texnologiya şirkəti “Microsoft”un dünya miqyasında təxminən 221.000 tam ştatlı işçiləri var. İşçilərinin 60%-i isə şirkətin ana vətəni olan ABŞ-dadır”.

BBN.az Statista.com-a istinadən xəbər verir ki, şirkətin əməkdaşları 4 biznes bölməsi ilə ayrılıblar, əməliyyatlar (istehsal, paylama, məhsulla bağlı dəstək, məsləhət xidmətləri), tədqiqat və inkişaf, satış və marketinq, ümumi və inzibati və s. 

Məhsul portfoliyosu və biznes seqmentləri

2021-ci ilin maliyyə ilində şirkətin mənfəəti təxminən 168 milyard ABŞ dolları olub. Onların daha çoxu isə proqram təminatı və əməliyyatlar sisteminin lizenziyalaşdırılmasından gəlib. Məsələn, hazırda Microsoft Windows masaüstü əməliyyatlar sistemi bazarına dominatlıq edir və bazar həcmi isə 73%-dir. 

Microsoft ABŞ-ın texnologiya nəhəngi

Microsoft, Apple, Facebook, Google, Amazon və IBM-dən sonra ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biridir. Microsoft-un bazar kapitallaşması 2014-2020-ci illər arasında 1 trilyon dollardan çox artıb. Hazırda Microsoft Amazon, Apple, Google-dan sonra dünya miqyasında ən dəyərli brendlərdən biri hesab edilir, 192 milyard dollar. 

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı