Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Strateji investisiyalar milli maraqlara zidd hallarda dövlət tərəfindən alına biləcək - BBN

Strateji investisiyalar milli maraqlara zidd hallarda dövlət tərəfindən alına biləcək

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.

Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda investisiyalar dövlətdən iki əsasla alına bilər: dövlət ehtiyacları üçün və rekviziya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar və fövqəladə xarakter daşıyan digər hallarda cəmiyyətin mənafeləri naminə). Hər iki halda investisiyanın dəyəri qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi yolu ilə investora qaytarılır.

Təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasını müəyyən edir. Belə ki, strateji əhəmiyyətə malik investisiyalar Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vurduqda və ya ölkənin milli maraqlarına zidd olduqda, müstəsna hallarda dövlət tərəfindən alına biləcək.

Qanun layihəsi bu kimi halların qarşısının alınması məqsədilə strateji investisiyaların dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Bu zaman da ümumi qaydada investorlara müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Related posts

Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

CFI Financial İnvestisiya Şirkəti-də səhmdar strukturu dəyişib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı