Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sumqayıt Kimya Sənaye Parkında yeni məhsul istehsalına başlanılıb - BBN

Sumqayıt Kimya Sənaye Parkında yeni məhsul istehsalına başlanılıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” MMC tərəfindən Azərbaycanda ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlanılıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” şirkəti ölkədə ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlayıb. Bir sıra dövlət qurumlarının və KİV nümayəndələrinin iştirakı ilə məhsulun təqdimatı keçirilib.

Bildirilib ki, “80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında Türkiyənin Gürdesan şirkəti ilə birlikdə hazırlanıb. Uzunluğu 35 metr olan kranın ümumi yük qaldırma gücü 35 tondur. Hidravlik yükqaldırma kranının əsas təyinatı yük və işçi heyətini barjadan, gəmidən dəniz platformasına qaldırma və daşıma əməliyyatlarını icra etmək üçündür. İstehsal edilən stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin platformalarında istifadə ediləcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı