Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb.

BBN.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov özünün Twiter hesabında bildirib.

Onun sözlərinə görə “Azpal” QSC-yə də Parkın rezidenti statusu verilib.

“Şirkət Parkın ərazisində investisiya dəyəri 58,9 milyon manar olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradacaq və 160 nəfər işlə təmin edəcək”, – deyə nazir qeyd edib.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı