Sumqayıtda “Məşğulluğa Dəstək Layihəsi”nə dair ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Sumqayıt şəhərində ictimai dinləmə keçiriləcək.

Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

İctimai dinləmə dekabrın 27-də saat 11:00-da Sumqayıtda Poeziya Evinin binasında (Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfi Hacıyev küçəsi 6) keçiriləcək.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı