Sürücülər üçün yeni “Avto-SOS” mobil tətbiqi hazırlanıb

Yaxın vaxtlarda Azərbaycanda nəqliyyat vasitələrini evakuasiya etdirmək istəyən sürücülər üçün yeni mobil tətbiq – “Avto-SOS” istifadəyə veriləcək. Bu startap layihəsinə görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “SOS Avto” MMC-yə “Startap” şəhadətnaməsi təqdim edib.

“SOS Avto” MMC-nin təsisçisi Hikmət Abdullayev “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına bildirib ki, avtomobilin evakuasiyasına ehtiyac yarandığı zaman həm həmin avtomobilin, həm də evakuatorun sürücüsü müəyyən çətinliklərlə qarşılaşır. Belə ki, bəzi hallarda sifariş qəbul edildikdən sonra tərəflər çətin tapılan küçə və dalanların müəyyən edilməsi üçün bir-biri ilə əlaqə yaratmaq, bəzi məsələləri aydınlaşdırmaq istədikdə buna nail ola bilmirlər. Nəticədə müştəri həm evakuatoru uzun müddət gözləməyə məcbur olur, həm də sifariş etdiyi evakuatorun hərəkət trayektoriyasını izləyə bilmir. “Avto-SOS” mobil tətbiqi isə bu problemləri aradan qaldıracaq. Mobil tətbiq vasitəsilə yanacaq problemi ilə qarşılaşan avtomobillərə yanacağın, eləcə də təkərlərin çatdırılması, sazlanması, yaxud dəyişdirilməsi, güc qaynağı problemi yaranan avtomobillərə akkumulyatorların çatdırılması, yaxud akkumulyatorun yenidən işə salınması xidmətlərinin də təklif edilməsi nəzərdə tutulur.

Sürücülər mobil tətbiqdən istifadəyə görə ödəniş etməyəcəklər. Mobil əlavədən istifadə edən sürücülər hətta bonus da qazana biləcəklər.

https://vergiler.az/news/economy/31484.html

Related posts

Kənd Təsərrüfatı Nazirliyi və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ağsu və Zərdabda növbəti toxum sərgi-satış yarmarkaları keçirilib

Azərbaycan neftinin qiyməti 84 dollara yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı