Şuşada ilk sahibkarlıq subyekti fəaliyyətə başladı

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb. Müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir.

“Azcake” MMC-yə məxsus istehsal sahəsinin və mağazanın açılmasına dövlət dəstəyi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün MMC-yə dövlət dəstəyi göstərilib. Müəssisədə avadanlıqların quraşdırılması “Sumqayıt-Çörək” ASC tərəfindən həyata keçirilib.

Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 10 nəfərə yaxın işçi çalışır. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzədə tutulur.

Hazırda istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı