Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Təbii fəlakətlər 2025-ci ilin ilk yarısında dünya iqtisadiyyatına 162 milyard dollar ziyan vurub - BBN

Təbii fəlakətlər 2025-ci ilin ilk yarısında dünya iqtisadiyyatına 162 milyard dollar ziyan vurub

2025-ci ilin ilk altı ayı ərzində dünyada baş verən təbii fəlakətlər nəticəsində ümumi iqtisadi zərər 162 milyard ABŞ dolları təşkil edib.

Məlumata əsasən, bu məbləğin 100 milyard dolları sığorta şirkətləri tərəfindən ödənilib. Bu göstərici birinci yarımil üçün tarixdə qeydə alınan ikinci ən yüksək rəqəmdir.

İtkilərin əsas hissəsi ABŞ ərazisində qeydə alınıb. Təkcə bu ölkədə iqtisadi zərər 126 milyard dollara çatıb ki, bu da indiyədək ABŞ üçün ən yüksək yarımillik göstəricidir.

Sığortalanmış zərərlərin 90 faizdən çoxu ABŞ-da baş verən hadisələrlə bağlıdır. Bununla yanaşı, qlobal miqyasda qorunmamış (sığortasız) itkilərin payı 38 faiz olub. Bu, 21-ci əsr üzrə ən aşağı səviyyə hesab edilir.

Qeyd olunur ki, başlıca təbii fəlakətlər sırasında Los-Ancelesdə baş verən Palisades yanğını, ABŞ-da müşahidə olunan güclü fırtınalar, Avstraliyada daşqınlar, İsveçrədə isə buzlaq çökməsi olub.

Sığorta sektorunun rolunun təkcə zərərləri qarşılamaqdan ibarət olmadığı vurğulanır. Mütəxəssislər bildirirlər ki, sektor həm də risklərin idarə olunması, azaldılması və qabaqlanması istiqamətində daha fəal iştirak etməlidir.

Hesabatda, xüsusilə inkişaf etməkdə olan ölkələrdə – Asiya, Afrika və Latın Amerikasında – sığorta sistemlərinin zəif olduğu və bunun dayanıqlığa təsir etdiyi qeyd edilib.

Related posts

“Fitch Ratings” Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir

Azərbaycanda 2 ayda vətəndaşlara 35 milyon manat ƏDV geri qaytarılıb

“Fitch”: Azərbaycan rəqəmsal valyuta üçün ikisəviyyəli model seçə bilər – EKSKLÜZİV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı