Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Təhlükəsiz liman" artıq güvənli deyil? Trampın "İran Deadline"ı bazarları alt-üst etdi! - BBN

“Təhlükəsiz liman” artıq güvənli deyil? Trampın “İran Deadline”ı bazarları alt-üst etdi!

İnvestorların nəzəriyyələri alt-üst olur! Adətən müharibə və gərginlik zamanı bahalaşan qızıl, ardıcıl 3-cü gündür ki, dəyər itirir. Səbəb nədir?

Dünən gecə Trampın İrana verdiyi “son möhləti” qızılın parıltısını apardı. Budur baş verənlərin pərdəarxası:

Niyə qızıl ucuzlaşır?

İnflyasiya qorxusu: Neftin bahalaşması inflyasiyanı tetikləyir. Bu isə FED-in faiz dərəcələrini yüksək saxlayacağı (və ya artıracağı) deməkdir.

Faiz təzyiqi: Faizlər yüksək olanda, heç bir faiz gəliri gətirməyən qızıl investor üçün cəlbediciliyini itirir.

Güclü dollar: ABŞ dolları digər valyutalar qarşısında möhkəmlənir, bu da qızılı bahalı və əlçatmaz edir.

Rəqəmlər nə deyir?

Spot qızıl 0.5% düşərək $4,627 səviyyəsinə gerilədi.

Müharibənin başladığı fevral ayından bəri qızıl artıq 13% dəyər itirib.

Görünən odur ki, bazar müharibədən çox, müharibənin yaradacağı iqtisadi inflyasiyadan qorxur. Qızıl indi “təhlükəsiz liman” funksiyasını yerinə yetirə bilmir.

Related posts

Bakı Fond Birjası yenilənmiş Listinq Qaydalarını ictimaiyyətə açıqlayır

“Citi”: “Fed faiz dərəcələrini sentyabra qədər sabit saxlayacaq”

Çin şirkətləri işçilərini süni intellektlə əvəz etməyə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı