Tənqidlərə rəğmən Bayden Səudiyyə Ərəbistanına gedir – “İnflyasiya yüksəkdir”

ABŞ-ın prezidenti Co Bayden Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gedəcək və ölkənin şahzadəsi Məhəmməd ibn Salman ilə görüşəcək və ondan neft istehsalının artırılmasını istəyəcək. Ekspertlər isə gözləyirlər ki, bu səfər istehsalın artımına səbəb olmayacaq. 

BBN.az isə xəbər verir ki, artan neft istehsalı qazın qiymətlərinin aşağı düşməsinə (iyunda inflyasiya 9.1% olub və 41 ildə ən yüksək göstəricidir-red.) və ABŞ-da artan inflyasiyanın azalmasına və noyabrda baş tutacaq ilkin prezident seçkilərində Baydenə kömək ola biləcək. 

Lakin Baydenin Səudiyyə Ərəbistanını insan haqlarının pozulması rekordu ilə bağlı sərt mövqeyi və ölkənin neft hasilatını artıb-artırmayacağı ilə bağlı qeyri-müəyyənlik, qiymətlərin inadla yüksək qalması deməkdir, bu gözləntilər bazarın yaxın zamanlarda əlavə tədarük görməyəcəyi deməkdir.  

2019-cu ildə özünün prezident kampaniyası dövründə Bayden, Səudiyyə Ərəbistanı jurnalist Camal Kaşoqi (Jamal Khashoggi) öldürülməsinə görə hörmət edilməyən ölkə adlandırmışdı. Mərkəzi Kəşfiyyat İdarəsi isə jurnalistin ölümünə görə şahzadə Məhəmməd ibn Salmanı günahkar görmüşdü.  

“SPI Asset Management”in icraçı direktoru Stefen İnnes (Stephen Innes) isə deyib ki, “kimin açıq kartlarla oyun oynadığını bilmirəm, amma Baydenin prezident seçkiləri dövründə dediyi sözlər hələ də Səudiyyə Ərəbistanında narahatlıq doğurur”.  Bildirək ki, iyun ilə müqayisədə ümumi gündəlik neft təchizatı 43,6 milyon barel olub, buraya həmçinin Rusiyanın gündəlik 9,74 milyon barel istehsalı da daxildir.  

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı