Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Tacikistan “ASAN xidmət” modelini tətbiq edəcək - BBN

Tacikistan “ASAN xidmət” modelini tətbiq edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Tacikistan Respublikasına səfər edib.

Məqsəd Tacikistanda ölkəmizin “ASAN xidmət” modeli əsasında vahid məkandan dövlət xidmətləri göstərən mərkəzin yaradılması istiqamətində aparılan işlərin cari vəziyyəti barədə qiymətləndirmənin həyata keçirilməsi olub.

Səfər çərçivəsində Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidməti, habelə Dünya Bankının Tacikistandakı Nümayəndəliyi ilə görüşlər keçirilib.

Dövlət Agentliyinin nümayəndələri Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb. Görüşdə Dövlət Agentliyinin nümayəndə heyətinin 2022-ci ildə Tacikistana baş tutmuş ilk səfərinin yekunlarına dair geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri üzrə məsələlər müzakirə edilib. Nazir öz növbəsində “ASAN xidmət”  konsepsiyası, eləcə də burada tətbiq olunan rəqəmsal həllərin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Eyni zamanda Dövlət Agentliyi ilə Tacikistanın müvafiq qurumu arasında sözügedən sahələr üzrə əməkdaşlığın həyata keçirilməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar ilkin razılığa gəlinib.

Related posts

Mərkəzi Bank tərəfindən Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

ABİF turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək

Elektron satınalmaların həcmi 1,7 milyard manata çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı