Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Taksi sifariş edənlərin nəzərinə: Bu profillər bloklanacaq - BBN

Taksi sifariş edənlərin nəzərinə: Bu profillər bloklanacaq

Azərbaycanda taksi fəaliyyətinə rəqəmsal nəzarət mexanizmi gücləndirilir.

BBN.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və taksi sifarişi operatorlarının birgə iştirakı ilə “Digital Finance” layihəsinin icrasına başlanılıb. İRİA-nın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ölkənin iki böyük taksi operatorunda (“Bolt” və “Uber/Yango”) yeni rəqəmsal həll tətbiq edilib.

Yeni sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılmasının avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi, eləcə də sərnişinlərin təhlükəsizliyi və xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Layihənin əsas məqsədi operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarının real vaxt rejimində avtomatik yoxlanılmasını təmin etməkdir. Bu sistemin işləməsi üçün sürücülərdən “Xüsusi hazırlıq şəhadətnaməsi” məlumatlarının paylaşılmasına dair öz “myGov” kabinetləri üzərindən razılıq vermələri tələb olunacaq.

Yeni inteqrasiya sayəsində isə sənədlərin mövcudluğu sistem tərəfindən dərhal yoxlanılacaq. Müvafiq sənəd və icazələri olmayan şəxslər sistemə daxil ola və sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər.

Related posts

DSMF 6 ayda 229 mindən çox vətəndaş müraciətini cavablandırıb

Azərbaycanın Aİ-yə qaz ixracında artım var

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsinin icrasını təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı