Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Taksilər üçün icbari sığorta haqqı artırılır: gediş qiymətləri bahalaşacaq? - BBN

Taksilər üçün icbari sığorta haqqı artırılır: gediş qiymətləri bahalaşacaq?

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydasında dəyişiklik edilib.

BBN.az xəbər verir ki, yeni qaydaya əsasən, avtomobillər taksi fəaliyyəti üçün istifadə edildikdə icbari sığorta müqaviləsi bağlanarkən birillik sığorta haqqının hesablanması üçün 1,5 əmsalı tətbiq olunacaq.

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu qərar əsaslandırılmış və düzgün addımdır. Onun sözlərinə görə, taksi xidmətlərində qiymətlər əsasən bazardakı rəqabət, sifarişlərin həcmi və taksilərin sayı ilə formalaşır və sığorta əmsalının artırılması qiymətlərə ciddi təsir göstərməyəcək.

Ekspert qeyd edib ki, taksi kimi istifadə olunan avtomobillərin risk səviyyəsi daha yüksəkdir və buna görə də sığorta haqqının daha yüksək olması məntiqlidir.

Sığorta eksperti Nicat Əlibəyli isə bildirib ki, bu dəyişiklik daha çox sığorta şirkətlərinin maliyyə dayanıqlığının qorunmasına xidmət edir. Onun sözlərinə görə, taksi kimi istifadə olunan avtomobillər daha tez köhnəlir və qəza riski daha yüksək olur.

Ekspert əlavə edib ki, artan risklər səbəbindən sığorta şirkətləri daha çox ödəniş etməli olur və yeni əmsallar bu yükün balanslaşdırılmasına kömək edəcək.

Qeyd olunub ki, dəyişikliklərə baxmayaraq, taksi xidmətlərində ciddi qiymət artımı gözlənilmir.

Related posts

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

ABŞ-da emal olunmuş qida tərkiblərinin təhlükəsizlik statusu yenidən nəzərdən keçirilə bilər

Bakı Fond Birjası Azərbaycanda kapital bazarlarının inkişafına həsr olunmuş beynəlxalq forumda iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı