Taksit funksiyalı yeni Yelo kredit kartı

Yelo Bank yenilənmiş kredit kartını təqdim edir. Artıq bu kart debetlə bərabər, həm kredit, həm də taksit funksionallığını özündə birləşdirir. Yeni Yelo kredit kartını əldə edən müştəri istər xərclərini 24 ayadək taksitə bölə, istərsə də 70 günədək güzəşt müddətindən faydalana biləcək. Üstəlik müştəri xərclədiyini neçə aya böləcəyini Yelo App-də, şəxsi kabinet bölməsində özü təyin edəcək. Yelo kredit kartının üstünlükləri bununla bitmir:

  • 10 000 AZN-dək limit
  • 36 ayadək kredit xətti 
  • 5 illik ödənişsiz kart
  • Zamin tələb olunmur
  • Kartın ünvana çatdırılması

Kartın öz parlaq üstünlükləri ilə yanaşı, müştərilər çoxfunksiyalı Yelo App-də xərclərinə və gəlirlərinə 24/7 nəzarət edə biləcəklər. Bu tətbiqdəcə həm yeni Yelo kredit kartını sifariş etmək, həm də kredit ödənişlərini həyata keçirmək mümkündür. 

Yeni Yelo kredit kartını sınamağa necə baxırsınız? Elə isə vaxt itirmədən sifariş verin, parlaq alış-veriş təcrübəsi yaşayın: https://bit.ly/yltyhnf

Taksit kartı haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı