Taleh Kazımov: “Əmanət faizləri üzrə xərcləri banklar öz depozit faizlərində əks etdirə bilər”

Mərkəzi Bank depozit gəlirlərinə tətbiq olunan vergininin maliyyə bazarına necə təsir edəcəyini açıqlayıb.

BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, 7 il müddətinə depozit gəlirlərinə güzəşt tətbiq olunub. Bu dövr artıq başa çatıb. Bu verginin tətbiqi qanunvericiliyin tələbidir: “Bu əmanətlərdə hər hansı təhdid yaratmır. Təhlillər göstərir ki, depozit portfelinin həcminə ciddi təsir göstərməyəcək. Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik”.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı