Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Taleh Kazımov Beynəlxalq Hesablaşmalar Bankının 95-ci illik toplantısında iştirak edib - BBN

Taleh Kazımov Beynəlxalq Hesablaşmalar Bankının 95-ci illik toplantısında iştirak edib

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ilk dəfə Beynəlxalq Hesablaşmalar Bankının (BIS) İsveçrənin Bazel şəhərində keçirilən 95-ci illik toplantısında iştirak edib.

BBN.az xəbər verir ki, sədr bunu “X” sosial şəbəkəsindəkəsində bildirib.

“Toplantı çərçivəsində qlobal maliyyə sabitliyi, innovasiya və rəqəmsal təhlükəsizlik, eləcə də monetar siyasətə dair aktual məsələlər müzakirə olundu və bu mövzularda dəyərli fikir mübadiləsi aparıldı. Tədbir zamanı bir sıra mərkəzi bank rəhbərləri ilə ikitərəfli görüşlər keçirdik. Bu görüşlərdə mərkəzi banklar arasında potensial əməkdaşlıq imkanları və regional iqtisadi trendlər müzakirə edildi. Qarşılıqlı anlayış və təcrübə mübadiləsi maliyyə sistemimizin dayanıqlı inkişafına mühüm töhfə verir”, – deyə Kazımov bildirmişdir.

Related posts

Çinin valyuta ehtiyatları may ayında maksimuma çatıb

Bu il dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının II toplantısı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı