“Mərkəzi Bank tərəfindən həftəlik 4 valyuta hərracı keçirilir və həcmi isə sözsüz ki, bazarda likvidlik şəraitindən asılıdır. Burada 2 məqsədi nəzərə almışıq. İstəyimiz qısamüddətli manatın gəlirlilik əyrisini formalaşdırmaq idi, buna isə nail olmuşuq”.
BBN.az xəbər verir ki bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün jurnalistlər üçün təşkil edilən mətbuat konfransında bildirib.
“İkinci bir məqsəd isə sterliziasiya əməliyyatlarının keçirilməsi idi. Həftədə 120 milyon manat isə kifayət qədər böyük bir rəqəmdir”. Sterliziasiya əməliyyatlarımız nəticəsində 2022-ci ildə pul bazası 12.1% artmışdır”,- deyə sədr mətbuat konfransında çıxışında qeyd edib.