Taleh Kazımovun rəhbərliyi ilə ABŞ-yə işgüzar səfərin yekunu olaraq BNY Mellon rəsmiləri ilə görüş təşkil olunub – Foto

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi Azərbaycan bankçılıq missiyası ABŞ-yə işgüzar səfərinin yekunu olaraq Bank of New York Mellon rəsmiləri ilə görüşüb.

Görüşdə BNY Mellon-un baş icraçı vitse-prezidenti Hani Kablaviyə Azərbaycanın bankçılıq missiyası haqqında məlumat təqdim olunub və ikitərəfli əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb. Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, vitse-prezidenti Abbas İbrahimov və icraçı direktoru Yunus Abdulov da iştirak edib.

Həmçinin missiya üzvlərinin BNY Mellon-un Kiber, Texnologiya və Əməliyyatlar Mərkəzinə səfəri təşkil olunub. Burada Mərkəzin əsas fəaliyyət istiqamətləri və yeni texnologiyaların tətbiqi sahəsində qabaqcıl təcrübəsinə dair məlumat təqdim olunub.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Növbəti valyuta hərracı keçirilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı