TANAP-la Türkiyəyə qaz nəqlinin 2 ili tamam olur

2018-ci ilin bu günü – iyunun 30-da Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu təbii qaz boru kəməri – TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə ilk kommersiya qazının nəqlinə başlanılıb. Türkiyənin Gürcüstanla sərhəddindən başlayan və Yunanıstanla sərhədinə qədər uzanan TANAP boru kəməri ilə birinci il 2 milyard kubmetr qaz tədarük edilib. Bu gün isə bu kəmərlə ticari əməliyyatların ikinci ili tamamlanır. İstismara veriləndən cari ilin iyunun 29-dək TANAP-la Türkiyəyə 5,8 milyard kub metrə yaxın qaz nəql edilib. 
2019-cu il aprelin 15-də TANAP kəmərinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsinə qazın sınaq tədarükünə başlanılıb və iyunun 15-də “Şahdəniz” yatağından hasil edilən qaz TANAP ilə Türkiyə-Yunanıstan sərhədinə çatıb. Həmin ilin iyulun 1-dən TANAP Azərbaycan qazının Avropaya nəqli üçün hazır vəziyyətə gətirilib, noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin – ikinci fazasının işə salınması mərasimi keçirilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı