TCMB rezervləri azalıb

Türkiyə Mərkəzi Bankı (TCMB) həftəlik statistika göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, ötən həftə ərzində Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları 798 milyon dollar həcmində azalaraq, 38.611 milyard dollar olub. Müxtəlif valyutalarda saxlanılan ehtiyatların həcmi 245 milyon dollar  geriləyərək, 59 milyard 711 milyon dollar olub.

Beləliklə, TCMB ümumi ehtiyatları 98.323 milyard dollar həcmində olub. Bu isə, ötən həftəyə nəzərən, 1.42 milyard dollar, ilin əvvəlinə nəzərən isə 11.89 milyard dollar azalma deməkdir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı