TCMB uçot dərəcəsini sabit saxlayıb

14 aprel tarixində Türkiyə Mərkəzi Bankında (TCMB) keçirilən iclas yekununa görə, uçot faiz dərəcəsi 14% səviyyəsində stabil saxlanılıb. Son olaraq, 2021-ci ilin dekabr ayında 15% səviyyəsindən 14% səviyyəsinə endirilən uçot faiz dərəcəsində cari il ərzində dəyişiklik edilməyib.

2021-ci ilin üç ayı ərzində davamlı olaraq endirilən uçot faiz dərəcəsi ölkədə istehlak qiymətləri indeksinin artımı ilə yanaşı, ölkə valyutasının da zəifləməsinə yol açıb. Hazırda ölkə iqtisadiyyatı stabilləşmə yolunda irəliləsə də, inflyasiya göstəricisi bir müddətdir ki yuxarı səviyyələrdə dövr edir. Ümumilikdə, 409 fərqli sfera üzrə qiymət dəyişiklikləri əsasında TÜİK tərəfindən hesablanan araşdırmaya əsasən, 2022-ci ilin mart ayında inflyasiya dərəcəsi ötən aya nisbətdə 5.46%, ötən ilin müvafiq ayına nisbətdə isə 61.14% yüksəlib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı