Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
TDAM rəhbəri Vüsalə Cəfərova TDT Baş Katibinin müavini ilə görüşüb - BBN

TDAM rəhbəri Vüsalə Cəfərova TDT Baş Katibinin müavini ilə görüşüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəznində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibinin müavini Ömər Kocaman ilə görüş keçirib. Görüşdə “Türk Dünyası 2040 Vizyonu” və TDT-nin 2022-2026-cı illər üzrə strategiyası, nəqliyyat, maliyyə və ticarətin asanlaşdırılması sahələrində türk dövlətləri arasında inteqrasiya məsələləri geniş müzakirə olunub.

Ömər Kocaman bildirib ki, türk dövlətləri arasında iqtisadi inteqrasiyanın yol xəritəsinin hazırlanması vacibdir və bu istiqamətdə TDAM ilə əməkdaşlıq önəm kəsb edir. Vüsalə Cəfərova isə vurğulayıb ki, rəhbərlik etdiyi mərkəzin hazırladığı tədqiqat işləri inteqrasiya prosesində mühüm rol oynayacaq və Türk dünyasında iqtisadi əməkdaşlığın artırılmasında faydalı olacaq. Türk dünyasının iqtisadi inteqrasiyasını və əməkdaşlığını gücləndirmək məqsədi ilə TDAM gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini genişləndirərək Türk Dövlətləri Təşkilatı ilə birgə yeni layihələr və təşəbbüslər həyata keçirməyi planlaşdırır.

Sonda Vüsalə Cəfərova İİTKM-in hazırladığı dövri “Türk İqtisadi İcmalı” və “Türk dövlətləri iqtisadiyyatı” kitabını Ömər Kocamana təqdim edib.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı