“Teknofest Azerbaycan” festivalında “Sosial Texnologiyalar Müsabiqəsi”ndə 2-ci və 3-cü yer üzrə qaliblərin mükafatlandırılması baş tutub

“Teknofest – Azərbaycan” festivalında “Sosial Texnologiyalar Müsabiqəsi”ndə 2-ci və 3-cü yer üzrə qaliblərin mükafatlandırılması baş tutub.

Qalibləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mükafatlandırıb.

Müsabiqədə ikinci və üçüncü yerləri müvafiq olaraq B kateqoriyası üzrə “Two Dice” və”Hekeri” komandaları, C kateqoriyası üzrə isə “Kript 10” və “Nano C” komandaları tutub.

Festival çərçivəsində, həmçinin “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktara “ABAD”ın xatirə hədiyyəsi təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin təşkilatçısıdır.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı