“Tesla” bitkoin investisiyasının 75%-ni dövlətin valyuta məzənnəsinə dəyişdi

Elektrik mühərrikli avtomobillərin istehsalçısı “Tesla” çərşənbə günü elan etdiyi məlumatda bildirib ki, 2022-ci ilin iyununda başa çatan ikinci rübdə əvvəlki rüblə müqayisədə qazancı 32% azalıb. Amma ümumilikdə gəlirlər elektrik mühərrikli avtomobil istehsal edən zavodun Şanxayda fəaliyyətini dayandırması və təchizat qıtlığına rəğmən gözləntilərdən daha yaxşı olub. 

BBN.az Fox Business-ə istinadən xəbər verir ki, şirkətin hesabatına, əsasən Tesla 2,26 (analitiklərin gözləntiləri 1,81 milyard dollar olub) milyard dollar qazanc əldə edib və bir neçə ildə özünün illik 50% avtomobil satışı artımı proqnozuna sadiq qalıb. 

Kompaniyanın rəhbəri Elon Musk deyib ki, ikinci rüb Tesla üçün Şanxaydakı zavodun bağlanması ilə bağlı olaraq unikal olub: “amma bütün çətinliklərə baxmayaraq bu dövr Tesla tarixində ən güclü dövr kimi qalıb”. Ümumi marja inflyasiya ilə bağlı olaraq 27,9% aşağı düşüb. Şirkəti gəliri 16,93 milyard dollar olub ki, təxminlər isə 16,54 milyard dollar idi. 

ABŞ-da iqtisadi tənəzzülün olması ehtimalı və aşağı satışlara görə, biznesmen işçilərin 10%-i ilə yollarını ayırıb və bu barədə tvit atıb. 

“Tesla”nın səhmlərinin dəyəri 1% artım göstərib, amma yenə də özünün noyabrdakı pik həddindən aşağı olaraq qalır. 

Kompaniyadan deyilib ki, ikinci rübdə şirkət bitkoin investisiyasının 75%-ni dövlətin valyuta məzənnəsinə dəyişib. Şirkətin büdcəsinə 936 milyon dollar əlavə edib, ötən il isə bitkoinə 1,5 milyard dollar investisiyaya xərcləmişdi, amma nə qədər itirdiyi haqqında isə məlumat yoxdur. 

Maskın şirkət ilə bağlı hesabatı Twitter ilə bağlı leqal müharibənin başlaması ilə gəlib, belə ki, milyarder apreldə elan etmişdi ki, kompaniyanı 44 milyard dollara alacaq. Hazırda isə sosial media şirkəti sahibkarı şirkəti almağa məcbur etmək istəyir, ekspertlər isə bu fikirdədirlər ki, heç kim istəmədiyi məhsulu almağa məcbur edilə bilməz. 

Related posts

“Tesla” səhmləri ucuzlaşmaqda davam edir

“İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda

Türkiyə kapitallı şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı