Tesla-nın mənfəəti ikinci rübdə 45 faiz azalıb

Tesla-nın bu ilin ikinci rübü üçün balans hesabatına görə, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 25,5 milyard dollara çatıb. Tesla 2023-cü ilin ikinci rübündə 24,9 milyard dollar gəlir əldə edib.

BBN.az xəbər verir ki,elektrikli avtomobil istehsalçısının xalis mənfəəti ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalaraq 1,5 milyard dollara düşüb. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 2,7 milyard dollar olub.

Tesla-nın xalis mənfəəti bu ilin birinci rübündə qlobal satışların azalması və qiymətlərin azalmasının təsiri ilə illik 55 faiz azalıb.

Related posts

“Meta” 220 milyon dollarlıq cərimədən sonra Nigeriyada 63 min instaqram hesabını silib

Bu il beynəlxalq pul köçürmələri vasitəsilə “Azərpoçt”a 87 milyon manat daxil olub

Azərbaycanda daha 6 operator və provayder şirkəti uçota alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı