“Tesla” səhmləri ucuzlaşmaqda davam edir

ABŞ-nin ən böyük şirkətlərindən biri olan Teslanın səhmləri kəskin ucuzlaşıb.

BBN.az bu CNBC məlumatına istinadən xəbər verir.

Məlumata görə, şirkətin səhmləri ABŞ-də premarket ticarətində 5,45% ucuzlaşıb. Bundan əvvəl, çərşənbə günü, dekabrın 18-də səhmlər artıq 8 % azalmışdı. Bildirilir ki, bu, “Tesla” üçün noyabrda keçirilən prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsindən sonra ən pis gün olub.

Dekabrın 19-da keçirilən əsas ticarətin nəticələrinə görə, elektromobil istehsalçısının səhmləri 436,17 dollara (-0,9%) düşüb.

Qeyd olunub ki, azalma investorların son aylarda sürətli artımdan qazanc əldə etməsi ilə bağlıdır.

 

Related posts

Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

“İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda

AccessBank və AYİB Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə birləşdilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı