Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Tesla” şirkəti daha bir irqçilik iddiasına tuş gəlib

“Tesla” şirkəti daha bir irqçilik iddiasına tuş gəlib

Elektriklə işləyən avtomobillərin istehsalı sahəsində lider şirkətlərdən olan “Tesla” barədə Kaliforniya məhkəməsinə şikayət verilib. ABŞ mərkəzli şirkətin məhkəməyə verilməsində əsas səbəb kimi şirkətdaxili irqçiliyin qarşısının alınmasına çalışmaması və təhlükəsizlik qaydalarını pozması göstərilib.

Şirkətin Nevada zavodunda tikinti üzrə menecer olaraq işləyən Marc Cage adlı işçi şirkəti məhkəməyə verib. İrqçilik hadisələrinə məruz qaldığı iddiasıyla məhkəməyə müraciət edən Marcın iddiası yoxlama mərhələsindədir. Bununla yanaşı, Marc Cage akkumulyator zavodunda istehsal prosesini sürətləndirmək və artırmaq üçün bir çox təhlükəsizlik qaydalarını pozaraq riskli vəziyyətlərə yol açıldığını bildirib.

“Tesla” rəsmiləri tərəfindən bu məsələ ilə bağlı heç bir açıqlama verilməsə də, bundan əvvəl də bu tip hadisələr baş verib. Belə ki,  şirkətin Fremont zavodunda lift operatoru olaraq işləyən Oven Diaz adlı işçi 2021-ci ilin oktyabrında şirkəti məhkəməyə verib. 2015-2016-cı illər ərzində irqçilik hadisələrinə məruz qaldığı iddiasıyla məhkəməyə müraciət edən Diazın iddiası doğrulanıb. Nəticə etibarilə, şirkətin Diaza 6.9 milyon dollar məbləğində mənəvi təzminat və 130 milyon dollar həcmində cərimə təzminatı ödəməsinə qərar verilib. 2021-ci ilin may ayında isə şirkətin Melvin Berry adlı əməkdaşı da irqçilik əsası ilə şirkəti məhkəməyə verib və 1 milyon dollar təzminat alıb.

Euronews

Related posts

ABŞ məhkəməsi Trampın immiqrasiya məhdudiyyətlərini qanunsuz elan edib

FED-in yeni sədri Kevin Uorş: “Ənənələri qoruyaraq, yeni iqtisadi reallığa uyğunlaşacağıq”

Trampın İran ultimatumuna iqtisadi baxış: Neft bazarlarında “sülh” gözləntisi və qlobal təzyiqlər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı