Dünyanın ən iri steyblkoin emitenti olan “Tether” 15-20 milyard dollar həcmində vəsait toplamaq üçün investorlarla danışıqlar aparır. Bu barədə “Financial Times” və “Bloomberg” məlumat yayıb.
Məlumata görə, əgər sövdələşmə uğurla baş tutarsa, “Tether”in dəyəri 500 milyard dollara çatacaq və şirkət dünyanın ən bahalı özəl şirkətlərindən biri olacaq.
Mənbələrin açıqlamasına əsasən, şirkət 3% həcmində yeni səhm buraxaraq özəl yerləşdirmə həyata keçirməyi planlaşdırır. Bununla yanaşı, “Tether” sövdələşmənin detalları ilə bağlı dəyişikliklərin mümkün olduğunu da bildirib.