Texnologiya nəhəngləri və onların son on ildə qazandığı mənfəət– RENKİNQ

Beynəlxalq kommersiya mühitində texnologiya şirkətləri yüksəlməyə davam edirlər. Belə ki, “FactSet” şirkətinin araşdırmaları əsasında illik olaraq tərtib edilən renkinqlərə əsasən dünyanın ən böyük bazar kapitalizasiyasına malik şirkətlərinin siyahısında ilk beşlikdə yer alan şirkətlərdən cəmi biri neft qaz sektorunda (Saudi Aramco)  fəaliyyət göstərir. Digərləri isə, ABŞ mərkəzli texnologiya nəhəngləridir.

Bəs bu texnologiya nəhəngləri son on ildə, yəni 2012-ci ildən etibarən maliyyə resurslarına nə qədər mənfəət əlavə edə biliblər? “Bloomberg” analitiki Jon Erlichman tərəfindən aparılan araşdırmalara əsasən, son on ildə ən böyük mənfəət əldə edən texnologiya şirkəti “Apple” olub. 2007-ci ildə ilk “İphone” məhsulunu təqdim edən şirkətin gəlirləri sürətlə artmağa başlayıb və 2012-ci ildən etibarən əldə etdiyi mənfəətin həcmi 489.9 milyard dolları ötüb.

Ümumilikdə isə, texnologiya şirkətlərinin son on ildə qazandıqları mənfəətə aşağıdakı cədvəldən nəzər yetirə bilərsiniz.

Şirkət2012-2022 mənfəət (milyard dollar)
Apple489.9
Microsoft318.9
Google (Alphabet)258.9
Samsung236.5
Intel148.1
Facebook (Meta)146.5
IBM137.7
Oracle107.4
Cisco106.3
Amazon74.8

Related posts

ROA və ROE əmsalına görə bankların – RENKİNQİ

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Qeyri-faiz xərclərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı